• $
  • £

PMI tüstüsüz məhsullar üzrə elmi sübutlara əsaslanmağa çağırır

PMI tüstüsüz məhsullar üzrə elmi sübutlara əsaslanmağa çağırır
17.06.2026 10:00

Gündəlik istehlak malları istehsal üzrə aparıcı beynəlxalq şirkət olan Philip Morris International (PMI), tüstüsüz məhsullar seqmentində lider mövqe tutaraq bildirir ki, tüstüdəki zərərli komponentlərin əksəriyyəti məhz yanma prosesi zamanı yaranır. Şirkətə görə, xarici elmi və ictimai səhiyyə təşkilatları müəyyən edib ki, tütünün yanma prosesinin aradan qaldırılması siqaret çəkənlərin zərərli kimyəvi maddələrə məruz qalmasını əhəmiyyətli dərəcədə azalda bilər. Bu barədə ANews-a müsahibəsində PMI-nin Cənubi və Cənub-Şərqi Asiya, MDB, Yaxın Şərq və Afrika üzrə elmi əlaqələr direktoru Tomoko İida bildirib.

Tomoko İida biomüxtəliflik və biotibbi tədqiqatlar sahəsində uzun illər təcrübəyə malikdir.

O, Massaçusets Texnologiya İnstitutunu (MIT) biotibbi və kimya mühəndisliyi ixtisasları üzrə bitirib, Imperial College London-da MBA dərəcəsi alıb, MIT və Sony-də tədqiqat bölmələrində çalışıb, daha sonra isə PMI-yə qoşularaq artıq 15 ildən çoxdur ki, tütün zərərinin azaldılması strategiyası və tüstüsüz məhsulların hazırlanması ilə məşğuldur.

Onun sözlərinə görə, PMI-yə qoşulmaq qərarı onun üçün gözlənilməz olub, çünki bundan əvvəl ABŞ-da siqaret tüstüsünün insan sağlamlığına təsiri ilə bağlı elmi araşdırmalar aparırdı.

“Mənə ilk dəfə bu şirkətdə işləmək təklif edildikdə cavabım qəti ‘yox’ oldu. Lakin şirkətin elmi işləri və tədqiqatları ilə tanış olduqdan sonra məni inandıran məlumatlar gördüm,” deyə İida bildirib.

O həmçinin qeyd edib ki, PMI-də işləmək qərarını gücləndirən şəxsi amillərdən biri atasının təcrübəsi olub. Onun atası gündə iki qutuya qədər siqaret çəkən ağır siqaret istifadəçisi idi.

Onun sözlərinə görə, atası tütün qızdırma məhsullarından birinə keçdikdən sonra sağlamlıq vəziyyətində müsbət dəyişikliklər müşahidə olunub. “Bu, mənim üçün belə innovasiyaların siqareti tam tərgitməyə hazır olmayan insanlara kömək edə biləcəyinin şəxsi nümunəsi oldu,” deyə o bildirib.

PMI nümayəndəsi vurğulayıb ki, şirkətin strategiyasının əsas elementi yanma prosesi olmadan işləyən məhsulların hazırlanmasıdır.

Onun sözlərinə görə, məhz yanma siqaret tüstüsündə olan zərərli kimyəvi birləşmələrin əsas mənbəyidir.

“Yanma prosesini aradan qaldırdıqda zərərli maddələrin səviyyəsi dəfələrlə azalır,” deyə o bildirib.

O əlavə edib ki, şirkətin araşdırmalarına görə, qızdırılan tütün məhsullarında zərərli kimyəvi maddələrin səviyyələri ənənəvi siqaretlərlə müqayisədə 90–95% daha azdır. Bu prinsip digər tüstüsüz nikotin məhsullarına da aiddir.

Nikotinlə bağlı geniş yayılmış fikirlərə toxunan İida qeyd edib ki, nikotin özü xərçəngin səbəbi deyil.

Onun sözlərinə görə, bir çox insanlar, o cümlədən bəzi tibb işçiləri səhvən nikotinin xərçəng yaratdığını düşünürlər.

“Bəli, nikotin asılılıq yaradır, lakin o, siqaretlə bağlı xəstəliklərin əsas səbəbi deyil və kanserogenlər siyahısına daxil deyil,” deyə o, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) məlumatlarına istinad edərək bildirib.

PMI-nin əsas tüstüsüz məhsulu IQOS tütün qızdırma sistemidir. Şirkət həmçinin IQOS cihazlarının müxtəlif nəsilləri üçün HEETS və TEREA markaları altında xüsusi tütün çubuqları istehsal edir. Bəzi bazarlarda SENTIA, DELIA və BLENDS kimi digər markalar da təqdim olunur. Bundan əlavə, Swedish Match şirkətinin satın alınmasından sonra PMI ZYN markası daxil olmaqla nikotin paketləri (pouches) kateqoriyasını inkişaf etdirir.
Şirkətin məlumatına görə, bu məhsullarda tütün yanmır və onlar ənənəvi siqaretlərə alternativ kimi tüstüsüz strategiyanın bir hissəsidir.

Zərərin azaldılması strategiyasının effektivliyinə dair ən inandırıcı sübutlar haqqında suala cavab olaraq, şirkət nümayəndəsi “real həyat məlumatlarını” qeyd edib.

O, misal olaraq Yaponiyanı göstərib – burada onun sözlərinə görə, tüstüsüz məhsulların yayılması fonunda son on ildə siqaret çəkmə səviyyəsi təxminən iki dəfə azalıb. Həmçinin, İsveçdə ənənəvi tüstüsüz tütün məhsulu olan snusun istifadəsi kişilər arasında ağciyər xərçəngi hallarının azalması ilə müşayiət olunub.

O bildirib ki, belə dəyişikliklərin uzunmüddətli təsirlərini qiymətləndirmək zaman tələb edir, çünki siqaretlə bağlı bir çox xəstəliklər onilliklər ərzində inkişaf edir.

İidanın fikrincə, dövlət siyasətinin formalaşmasında yerli elmi və tibbi icmalar mühüm rol oynamalıdır.

“Əgər yerli mütəxəssislər mövcud elmi məlumatlar haqqında tam məlumata malik olmasalar, siyasətçilərə effektiv tənzimləmə hazırlanmasında kömək etmək daha çətin olacaq,” deyə o bildirib.

PMI son illərdə ardıcıl şəkildə siqaretlərdən imtina edərək tüstüsüz alternativlərə keçmək niyyətini bəyan edir və strategiyasını “tüstüsüz gələcəyə” keçid kimi təqdim edir.
Eyni zamanda, alternativ nikotin məhsullarının əhalinin sağlamlığına uzunmüddətli təsiri ilə bağlı məsələlər beynəlxalq tibb ictimaiyyətində elmi araşdırmalar və müzakirələr mövzusu olaraq qalır.

Philip Morris International dünyanın ən böyük tütün və nikotin məhsulları istehsalçılarından biridir və onun brendləri 180-dən çox bazarda təqdim olunur. Şirkət bildirir ki, 2008-ci ildən etibarən tüstüsüz məhsulların hazırlanması, elmi tədqiqi və kommersiyalaşdırılması üçün 14 milyard dollardan çox investisiya yatırıb və bu istiqaməti uzunmüddətli biznes transformasiyasının əsasını hesab edir. PMI 2030-cu ilə qədər ümumi gəlirinin 2/3-ni tüstüsüz məhsullardan əldə etməyi planlaşdırır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
"Brent" markalı neftin qiyməti 88 dolları ötüb
İqtisadiyyat 22:47
"Brent" markalı neftin qiyməti 88 dolları ötüb
“Azərenerji”nin xalis mənfəəti 2025-ci ildə 128 milyon manatı ötüb
İqtisadiyyat 14:49
“Azərenerji”nin xalis mənfəəti 2025-ci ildə 128 milyon manatı ötüb
"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
İqtisadiyyat 14:44
"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!
İqtisadiyyat 12:46
“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!
Yelo Bank-dan sahibkarlara 300 000 AZN-dək onlayn və girovsuz kredit!
İqtisadiyyat 12:42
Yelo Bank-dan sahibkarlara 300 000 AZN-dək onlayn və girovsuz kredit!
Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi
İqtisadiyyat 12:38
Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi
Qazaxıstan buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək
İqtisadiyyat 12:15
Qazaxıstan buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək

Əmtəə bazarlarında 4 000 dollardan aşağı enib
İqtisadiyyat 09:45
Əmtəə bazarlarında 4 000 dollardan aşağı enib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol