• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi banklarda müştərilərin hesablarından pul silinir - texniki problem

Bəzi banklarda müştərilərin hesablarından pul silinir - texniki problem
24.06.2026 15:30

Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi müştərilərinin kartlarından texniki problem səbəbindən əlavə vəsait silinib.

Bankın mobil tətbiqində yerləşdirilən məlumata görə, problem üçüncü tərəfdə yaranmış texniki çətinliklə əlaqədardır. Bildirişdə qeyd olunur ki, bəzi kartlar üzrə əlavə vəsaitin silinməsi qeydə alınıb.

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq”, – bankın tətbiqində istifadəçilərə ünvanlanan məlumatda deyilir.

Eyni zamanda Expressbank kart əməliyyatlarında texniki çətinliklərin yarandığını və bəzi xidmətlərdə fasilələrin müşahidə olunduğunu açıqlayıb.

Bankın müştərilərinə göndərdiyi bildirişdə qeyd olunub ki, hazırda kart əməliyyatlarında texniki problemlərlə əlaqədar fasilələr mövcuddur.

“Dəyərli müştəri, hazırda kart əməliyyatlarında texniki çətinliklə bağlı fasilələr müşahidə olunur. Qısa zamanda həll etməyə çalışacağıq. Anlayışınız üçün təşəkkür edirik”, – məlumatda deyilir.

Eyni hal Accecbankın müştəriləri üçün də yaşanıb. 

Məsələ ilə bağlı Mərkəzi Banka da sorğu göndərilib. 

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol