• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı başladı!

Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı başladı!
14.07.2026 10:43

Gənclərin karyera yolunu daim dəstəkləyən Yelo Bank, ənənəvi “Summer Challenge” proqramına uğurla start verib. Artıq 6-cı dəfədir keçirilən layihəyə bu il də maraq böyük olub. 600-dən çox müraciət arasından ən istedadlı 46 gənc müxtəlif seçim mərhələsindən keçərək Yelo Bank-ın Baş ofisi və filiallarında təcrübə imkanı qazanıb.

 

Proqramın ilk günündə təcrübəçilər üçün Baş ofisdə xüsusi "xoş gəldin" və tanışlıq tədbiri keçirilib. Bankın İşə qəbul komandası gəncləri korporativ qaydalar, fəaliyyət prinsipləri və komanda mədəniyyəti ilə tanış edib, onlara uğurlar arzulayıb.

 

İştirakçılar öz maraqlarına uyğun olaraq Bankın fərqli strukturlarında çalışacaqlar: Satış, Proqramlaşdırma, İT, İnsan kapitalının idarəedilməsi, Hüquq, Məhkəmə işləri, Brendin idarəedilməsi, CVM və s. Təcrübə müddətində onlar real layihələrdə iştirak edərək praktiki biliklər qazanacaq və uğurlu karyera üçün vacib bacarıqlar əldə edəcəklər.

 

Proqramı uğurla bitirən və fəallığı ilə seçilən iştirakçılar Yelo Bank-da iş qazanmaq şansı əldə edəcəklər. Qeyd edək ki, əvvəlki illərin uğurlu məzunları böyük bir hissəsi hazırda Yelo komandasında öz karyeralarını davam etdirirlər.

 

Yelo Bank gənclərin inkişafına dəstək layihələri ilə hər zaman onların yanında olmağa və ölkənin kadr potensialına parlaq töhfələr verməyə davam edəcək.

Bank xidmətləri (ipoteka kalkulyatoru və s.) ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol