• $
  • €
  • ₽
  • ₺
  • £

Slovakiya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır - Baş nazirin müavini

Slovakiya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır - Baş nazirin müavini
15.07.2026 12:00

Slovakiya Azərbaycanla enerji, infrastruktur, müdafiə sənayesi, informasiya texnologiyaları və Qarabağın bərpası sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunu Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakova Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açıb və artıq enerji, müdafiə sənayesi, investisiyalar, eləcə də azad edilmiş ərazilərin bərpasına dəstək layihələrində konkret nəticələr verir.

Sakova bildirib ki, forum yeni biznes əlaqələrinin qurulması, investisiyaların təşviqi və birgə layihələrin inkişafı üçün mühüm platformadır.

O qeyd edib ki, Slovakiya forumda enerji, infrastruktur, mühəndislik, müdafiə sənayesi, su təsərrüfatı, informasiya texnologiyaları, qida sənayesi və qabaqcıl sənaye həlləri sahələrini təmsil edən 25 şirkətlə iştirak edir.

Sakovanın sözlərinə görə, Azərbaycan Slovakiya üçün mühüm tərəfdaş, həmçinin Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji körpüdür. O bildirib ki, dəyişən geosiyasi şəraitdə etibarlı təchizat zəncirləri, nəqliyyat dəhlizləri və enerji təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də regional logistika mərkəzi kimi rolunu artırır.

O vurğulayıb ki, enerji ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.

Sakova əlavə edib ki, Slovakiya şirkətləri Azərbaycanın modernləşdirilməsi və Qarabağın bərpası layihələrində artıq iştirak edir. Onun sözlərinə görə, Baş Qərvənddə həyata keçirilən “Ağıllı kənd” layihəsi bu əməkdaşlığın uğurlu nümunələrindən biridir.
 

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol