• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 7 ayda istehlakçılara 122 milyon manat ƏDV qaytarılıb

Azərbaycanda 7 ayda istehlakçılara 122 milyon manat ƏDV qaytarılıb
10.08.2026 12:05

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 122 milyon 83,6 min manat Əlavə Dəyər Vergisi (ƏDV) geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara, həmçinin bir sıra xidmətlərə görə ödənilən vergini əhatə edib.

ƏDV-nin geri qaytarılması neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara şamil olunub.

Bundan başqa, teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlər üzrə ödənilən ƏDV də geri qaytarılıb.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV də geri qaytarılma mexanizminə daxil edilib.

Hesabat dövründə xarici vətəndaşların Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə “Tax Free” sistemi çərçivəsində dövlət büdcəsindən 5 milyon 248,1 min manat ƏDV qaytarılıb.

Aytac Zeynalova 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol