• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturununinkişafına doğru mühüm addım

Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturununinkişafına doğru mühüm addım
21.08.2026 15:20

Ölkəmizdə süni intellekt infrastrukturunu inkişaf etdirən ABB “Dell PowerEdge XE9780” platforması əsasında çalışan və “8x NVIDIA HGX B200 GPU” ilə təchiz olunmuş yüksək performanslı AI serverinin məlumat mərkəzində quraşdırılmasını uğurla başa çatdırıb. 

Bu texniki imkan, xüsusilə həssas məlumatları ölkə xaricinə çıxarmadan böyük dil modelləri (LLM), AI agentləri, inferens və model təlimi də daxil olmaqla genişmiqyaslı süni intellekt layihələrini yerli infrastruktur üzərində icra etməyə şərait yaradır. 

“NVIDIA Blackwell” arxitekturası əsasında qurulmuş “B200 GPU”-lar yüksək performans və genişmiqyaslı yaddaş ötürmə qabiliyyətinə malikdir. Sistem “16x E3.s NVMe” sürətli yaddaş, çoxnüvəli “Intel Xeon 6” prosessorlar və yüksəksürətli şəbəkə infrastrukturu ilə tamamlanıb.

Bu serverlərdən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC) işlərində istifadə olunur.

Qeyd edək ki, ABB hazırda 86-dan çox istifadəçi təcrübəsi üzrə 180-dan artıq süni intellekt modeli tətbiq edir. Bu modellər ABB üçün 50 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol