• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana daxil olan pul baratlarının həcmi 40% artıb

Azərbaycana daxil olan pul baratlarının həcmi 40% artıb
15.09.2026 11:11

 

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə təkrar gəlirlər balansında 525 milyon dollarlıq profisit yaranıb. Bu profisiti şərtləndirən əsas amil pul baratları olub.

“Bu dövrdə ölkəyə xalis olaraq pul baratlarının daxil olması 540 milyon dollar təşkil edib. Ölkəyə daxil olan pul baratlarının həcmi 748 milyon dollar, ölkədən çıxan pul baratlarının həcmi isə 207 milyon dollar olub”, - deyə S.Nəsirov qeyd edib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan pul baratlarının həcmi 40% artıb, ölkədən çıxan pul baratları isə təxminən 13% azalıb.

S.Nəsirovun sözlərinə görə, ölkəyə daxil olan pul baratlarının əsas mənbələri Rusiya, Türkiyə, ABŞ, İngiltərə və Gürcüstandır.

Ölkədən pul baratlarının köçürüldüyü əsas 5 ölkə isə Türkiyə, ABŞ, Rusiya, Gürcüstan və digər ölkələr olub.

Mərkəzi Bank rəsmisi əlavə edib ki, cari əməliyyatlar balansının kəsirli maddələri sırasında xidmətlər və ilkin gəlirlər balansı da yer alıb.

“Xidmətlər balansında bu dövrdə təxminən 1 milyard dollarlıq kəsir yaranıb. Bu kəsirin əsas səbəbi digər biznes xidmətləri və neft-qaz sektorunda göstərilən tikinti xidmətləri ilə bağlıdır”, - deyə o bildirib.

Aytac

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol