• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Mərkəzi Bankından kiçik banklara güzəşt

Azərbaycan Mərkəzi Bankından kiçik banklara güzəşt
29.05.2020 05:41
Dünən Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin iclası keçirilib və ölkədə fəaliyyət göstərən kommersiya banklarının minimum məcmu kapitalının 2013-cü ilin sonuna kimi 50 mln. manata çatdırılması barədə qərar qəbul edib. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.E.Rüsttəmov qeyd edib ki, hazırda ölkənin bank sektorunun aktivlərinin 95%-ni əhatə edən banklar ya öz kapitallaşmasını artıq 50 mln. manata çatdırıb və yaxud buna yaxın zamanda nail olacaq. Bunu nəzərə alaraq AMB qərar qəbul edib ki, qalan banklar öz kapitallaşmasını 50 mln. manata 2014-cü ilin sonuna kimi çatdırmalı olacaq. Bu qərarın əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda bankların kapitallaşmasının artırılması məqsədinə əsasən nail olunub. E.Rüstəmovun sözlərinə görə, dövlət qalan kiçik bankları inzibati yolla bazardan çıxarmaq, bazarda bunun nəticəsində baş verə biləcək qeyri-müəyyənliyə yol vermək niyyətində deyil.E.Rüstəmov əlavə edib ki, minimum kapitalın 50 mln. manata çatdırılması qərarı nəticəsində bank sektorunda kapitallaşma 48% artıb, 8 bank isə 100 mln. manatdan artıq kapitala malikdir. Beləliklə, kapitallaşmanın artırılması məqsədinə nail olunub. Eyni zamanda, E.Rüstəmov bəyan edib ki, AMB qalan banklarla bağlı iş planı hazırlayıb və o ümid edir ki, həmin banklar 2014-cü il ərzində ya kapitallarını artıracaq, ya da konsolidasiya yolu ilə məsələni həll edəcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol