• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələ bölgəsində neçə ev tikilib?

Zəlzələ bölgəsində neçə ev tikilib?
29.05.2020 03:04

35 məktəb, 2 uşaq bağçası yenidən tikilərək istifadəyə verilib

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlayıb.

 

FHN-dən ANN.Az-a verilən məlumata görə, 1 sentyabr 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 59156 ev və sosial obyektə baxış keçirilib, 6065 ev və sosial obyektə qəzalı, 11 236 ev və sosial obyektə bərpa, 24101 ev və sosial obyektə təmir, 17754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.

 

Baxış aktlarına əsasən, müəyyən olunmuş 5264 ədəd qəzalı evlərdən rayonlar üzrə - Zaqatalada 3764, Qaxda 494, Balakəndə 718, cəmi - 4976 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 288 ədəd fərdi yaşayış evinin tikintisini isə davam etdirilir.

 

Sosial obyektlər üzrə inşasına başlanılmış 37 məktəbdən 1 sentyabrın tarixinədək 9320 şagird yerlik 35 məktəb binası, 135 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində 480 şagird yerlik məktəb binası bərpa və gücləndirilib.        

 

Hesabatda həmçinin qeyd edilir ki, sentyabrın 1-dək zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 28 197,7 min. manat yardım ödənilib.

 

Qeyd edək ki, 7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəyib.

 

Hadisədən dərhal sonra zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı FHN tərəfindən operativ qərargah yaradılıb, nazirliyin mütəxəssisləri dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlayıblar.

 

Azərbaycan Prezidentinin göstərişlərinə əsasən Nazirlər Kabinetinin 08 may 2012-ci il  tarixli 117 saylı sərəncamı ilə 07 may 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş  zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq ehtiyat fondundan 20 milyon manat, 2012-ci il Dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300,0 mln. manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il 288 saylı sərəncamı ilə 100 mln. manat  və 2013-cü ilin Dövlət Büdcəsindən 189,0 mln. manat olmaqla, cəmi 609 mln. manat  vəsait  ayrılıb.

 

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliklərin göstərilməsi davam etdirilir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol