• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət Qarabağ əlilləri üçün evləri satın alacaq

Hökumət Qarabağ əlilləri üçün evləri satın alacaq
29.05.2020 08:26
Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillərlə təminatında yeni metodlar tətbiq olunur.

APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib. Ç. Əliyevin sözlərinə görə, dövlət başçısının sərəncamına əsasən, 5731 ailənin 2018-ci ilə qədər mərhələlərlə mənzillə təmin olunması nəzərdə tutulur. Onlar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdılan şəhərlərində binalarda, rayonlarda isə fərdi evlər tikilməklə mənzillə təmin olunacaqlar. «Bu ildən dövlət başçısının sərəncamının icrasına başlanılıb. Artıq 52 rayonda 353 fərdi evin tikintisinə start verilib», - deyə nazirlik rəsmisi vurğulayıb. Ç. Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatında yeni metodun tətbiqinə başlandığını da qeyd edib. Onun sözlərinə görə, cari ildə ayrılmış vəsait hesabına əlillər üçün ayrıca binaların inşasına deyil, müxtəlif yerlərdə, müxtəlif yaşayış binalarında onlar üçün mənzillərin satın alınması prosesinə başlanılıb: «Məqsəd odur ki, əlilləri bir binada yerləşdirib, cəmiyyətin başqa üzvlərindən ayırmayaq, onların digər vətəndaşlar kimi cəmiyyətə inteqrasiyasına nail olaq».ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol