• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Nüvə Mərkəzi yaradılır

Azərbaycanda Nüvə Mərkəzi yaradılır
29.05.2020 03:59
"Nüvə Araşdırmaları Mərkəzinin yaradılması prosesi böyük zaman tələb edir".

Bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Xırdalanda Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi və bunun əhalinin təhlükəsizliyinə təsir edib-etməyəcəyi haqqında "Report"un sualını şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, obyektin tikilməsinə və istismara verilməsinə qədər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 19 bənddən ibarət tələbləri yerinə yetirilməlidir: "Yəni bu məsələ çox ciddi və böyük əmək və sənədlər toplusu tələb edir. Heç bir ölkə, heç bir xalq odla oynamaq istəməz. Digər tərəfdən, tədqiqat reaktorları az gücə malik olurlar. Onlar şəhərlərdə yaradılır. Məsələn, Dubnadakı Kurçatov institutu buna misal ola bilər. Bunun qorxulu və ya təhlükəli olduğunu demək olmaz. Üstəlik, əgər MAQATE-nin bütün şərtlərinə əməl olunacaqsa".
 
F.Tağızadə qeyd edib ki, Azərbaycanın Nazirlər Kabinetinə ölkənin 14 nazirlik və idarələrdən ibarət böyük işçi qrupunun yaradılması ilə bağlı təklif irəli sürüləcək, onlar bütün bu məsələlərin həllində iştirak edəcəklər: "Hesab edirəm ki, hazırlıq üçün azı 2-3 il tələb olunacaq. Bu çox uzun prosesdir. Layihələndirmə, reaktorun necə olması, gücü ilə bağlı məsələlər böyük zaman tələb edir".
 
Nazir müavini vurğulayıb ki, layihənin reallaşdırılmasında KİV ilə işlərin aparılması MAQATE və Avropa Birliyinin əsas tələblərindən biridir.
 
Təhkükəsizlik və prosesin necə həyata keçirilməsindən başqa, MAQATE və AB-nin əas tələblərindən biri media ilə ünsiyyət və əhalinin daim proseslərdən xəbərdar olmasıdır. O bu məsələ ilə bağlı Azərbaycan ərazilərinin yoddan təmizlənməsi işlərini misal gətirib: "Mən tıxaclardan qorunmaq üçün xammalın axşam daşınmasını təklif etdim. Ekspertlər qəti sürətdə buna etiraz etdilər. Çünki insanlar nəsə təhlükəli bir şeyin daşındığını düşünə bilərlər. Yaxşısı budur ki, hər şey gündüz edilsin və hər kəs görsün".

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol