• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Bakıda 30 minə yaxın evi sökəcək

SOCAR Bakıda 30 minə yaxın evi sökəcək
29.05.2020 00:59
Şirkət rəsmisi danışdı.

Təkcə Binəqədi rayonunda 10 min evin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunacaq.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə minlərlə müraciət olunub”.

Lent.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib.

SOCAR rəsmisinin sözlərinə görə, qanunsuz evlərin sökülməsi ilə bağlı ən çox Binəqədi rayonu üzrə müraciət edilib:

"Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-i ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.

C.Mustafayev həmçinin Bakı və Bakıətrafı rayonlara görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikasını açıqlayıb:

"Səbail rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzər 179 evlə bağlı müraciət olunub, 141 evlə bağlı qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500-ə yaxın evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb”.

SOCAR rəsmisi bildirib ki, qətnamə çıxarılan evlərin sökülməsi hələ icra edilməyib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol