• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit borcu olanların nəzərinə!

Kredit borcu olanların nəzərinə!
29.05.2020 01:08
Qanunvericilikdə olan ziddiyyətə görə, həm kommersiya bankları, həm də kredit borcu olanlar çıxılmaz vəziyyətdə qalıb.

 Dünya praktikasına nəzər yetirsək, bu məsələlərin şahidi oluruq ki, maddələrin şamil olunma dərəcəsi, obyekti, subyekti - bunlar daha detallı bir şəkildə verilir və konkret məsələlərlə qeyd olunur. Bizim qanunvericilikdə isə qeyri-müəyyənlik faktları aşkarlanır. Belə olan halda tərəflər onu istədiyi şəkildə implementasiya edə bilirlər.

Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Ruslan Atakişiyev Mülki Məcəllədə (439.7 və739.1 maddələrində) olan anlaşılmazlığı şərh edərkən bildirdi.

Ruslan Atakişiyevin sözlərinə görə, manatın ucuzlaşmasına görə, müştərilər 30-33% ziyana uğramış oldular:

"Müştərilər 30-33% ziyana uğramış olurlar. Digər tərəfdən manatla kredit verən bankların özləri də ziyana düşüblər. Həmin Mülki Məcəllənin 439,7-ci maddəsində bu gün onun implementasiyası bütün sahələri əhatə etmir deyə banklar tərəfindən iddialar səslənir”- ekspert bildirir.

Ruslan Atakişiyev qanunda olan boşluğu doldurmağı və ziyana düşən tərəflərin kompensasiya olunmasını vacib sayır:

"Bu sahədə islahatlara ehtiyac var, o cümlədən sadə vətəndaşlar zərər çəkməsin deyə,  zərərləri kompensasiya olunmalıdır, yenə də qərarlar MB-dan asılıdır”.

Qeyd edək ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Xatırladaq ki, Mülki Məcəllənin 739.1-ci maddəsi isə yuxarıda qeyd etdiyimiz maddənin tələblərini inkar edir. Həmin maddədə deyilir:

"739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”.

Bir neçə gün öncə bu məsələ ilə bağlı hüquqşünas Pərviz Məmmədov bildirmişdi ki, dollarla öhdəlikləri olan şirkətlər üçün müqavilə öhdəlikləriniz dollarla ifadə olunubsa, müqaviləni bağladığınız vaxt qüvvədə olan məzənnə ilə öhdəliyi icra edə bilərsiniz. Bu iddiasına isə Mülki Məcəllənin 439.7-ci maddəsini nümunə göstərmişdi.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol