• $
  • €
  • ₽
  • ₺
  • £

"Dilmanc" proqramında yenilik

"Dilmanc" proqramında yenilik
29.05.2020 10:01
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Azərbaycan dili üçün intellektual texnologiyaların yaradılması ilə məşğul olan "Dilmanc” layihəsi təbii dillərin emalı (Natural Language Processing - NLP) sahəsində ən müasir və effektiv elmi yanaşmalardan olan Dərin Neyron Şəbəkələr (Deep Neural Networks - DNN) nəzəriyyəsini öz proqramlarında tətbiq etməyə başlayıb.

ANN.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Layihə qrupundan  verilən məlumata görə, Dərin Neyron Şəbəkələr yanaşması "Dilmanc” layihəsində ilk olaraq Azərbaycan dilində nitqin tanınması sisteminə tətbiq edilib.

Hal-hazırda bu yanaşmanın köməyilə hazırlanmış "Dilmanc Translator” proqramının yeni versiyasında Azərbaycan dilində şifahi nitqi daha keyfiyyətlə mətnə çevirərək tərcümə edə bilir.

Yaxın vaxtlarda kompüter istifadəçiləri də şifahi nitqi mətnə çevirən "Dilmanc İmla” sisteminin yeni versiyasından istifadə edə biləcəklər. Bu sistem əvvəlkindən həm keyfiyyətinin yüksək olması, həm də bahalı mikrofona ehtiyac olmaması ilə fərqlənəcək. Belə ki, artıq istifadəçilər öz mobil telefonlarını mikrofon kimi istifadə edə biləcəklər. Telefona deyilən şifahi nitqi kompüterdə "Microsoft Word” və ya bu tipli istənilən digər mətn prosessorunda klaviaturadan istifadə etmədən yazmaq mümkün olacaq. Bu zaman telefon və kompüterin internetə qoşulması kifayətdir.

Məlumat üçün bildirək ki, əslində Neyron Şəbəkələr yanaşması yeni deyil. Amma effektiv öyrətmə alqoritmlərinin olmaması, həmçinin hesablama avadanlıqlarının zəif olması səbəbindən kifayət qədər keyfiyyətli sistemlərin hazırlanması mümkün olmurdu. Son illər həm yeni alqoritmlərin yaradılması, həm də çoxnüvəli qrafik prosessorların istehsal olunması ilə elmi tədqiqatların nəticələrinin tətbiqi üçün yeni imkanlar yarandı. "Dilmanc” layihəsi hal-hazırda nitqin tanınması sisteminin akustik modelin öyrədilməsi üçün 768 nüvəli qrafik prosessordan, dil modelinin öyrədilməsi üçün isə hər birinin 8 nüvəsi olan 30 serverdən ibarət paylanmış hesablama klasterindən istifadə edir.

Qeyd edək ki, layihənin elmi rəhbəri akademik Əli Abbasovdur.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol