• $
  • €
  • ₽
  • ₺
  • £

Serbiya Azərbaycan qazına çıxış əldə etməyi planlaşdırır

Serbiya Azərbaycan qazına çıxış əldə etməyi planlaşdırır
07.04.2015 11:29
Serbiya Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) vasitəsilə nəql olunacaq Azərbaycan qazına çıxış əldə etməyi planlaşdırır.

"APA-Economics”in "Natural Gas Europe” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç bildirib.

Nazirin sözlərinə görə, Serbiya hökuməti ölkəyə yeni mənbə və marşrutlardan qaz tədarükünü təmin edəcək bütün layihələrdə iştirak etmək niyyətindədir: "Əsas prioritet - Serbiya və Bolqarıstan arasındakı ikitərəfli qaz kəməridir. Biz artıq bolqarıstanlı həmkarlarımızla kəmərin ötürücülük qabiliyyəti barədə danışıqlar aparmışıq. Serbiya ən yaxın zaman ərzində layihənin maliyyələşdirilməsini təmin edəcək maliyyə mənbələrinin axtarışına başlaya bilər”.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: "Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol