• $
  • €
  • ₽
  • ₺
  • £

İlk Avropa Oyunlarının son yayım tərəfdaşı müəyyənləşdi

İlk Avropa Oyunlarının son yayım tərəfdaşı müəyyənləşdi
14.04.2015 13:58
Avstraliyanın "Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu.

Belə ki, "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) birinci Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı "Seven Network” kanalı ilə müqavilə imzalayıb. "Seven Network” Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı, eyni zamanda 2007-ci ildən bəri ölkəsinin ən reytinqli televiziya kanalıdır.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, kanal ilk Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb. "Seven Network” kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın dörd bir yanında Birinci Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.
 
 
BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Seven Network” kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib: "Bu kanalın ilk Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi "Bakı-2015”-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir. Bu sazişlə "Bakı-2015” Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı”.
 
 
"Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn da yayımla bağlı fikirlərini paylaşıb: "Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Birinci Avropa Oyunlarının, uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol