• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzi yaradılacaq

Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzi yaradılacaq
29.05.2020 09:56
"Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramına və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur".
 
"Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın illik ümumi yığıncağında "Kosmik tədqiqatların Azərbaycanın inkişafında rolu və perspektivləri" mövzusunda elmi məruzəsini təqdim edərkən deyib.

Nazir kosmik tədqiqatların multidissiplinar xarakter daşıdığını, kosmik uçuşlar və avtomatik aparatlar vasitəsilə həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır: "Ölkədə kosmik tədqiqatlar Yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komlpekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir".

Məruzəçi bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var: "Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkədə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır".

Akademik bildirib ki, bu istiqamətlərdə Milli Aviasiya Akademiyası, Milli Aerokosmik Agentlik, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanasında müəyyən tədqiqatlar aparılır.

Məruzə dinlənildikdən sonra ümumi yığıncağın qərarı ilə bəyənilib.

Kosmik tədqiqatların inkişaf perspektivləri, mövcud problemlərin həllində oynadığı mühüm rol nəzərə alınaraq AMEA-nın tədqiqatlarının prioritet istiqamətləri siyahısına daxil edilməsi, kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması üçün beynəlxalq laboratoriyaların yaradılması məqsədəuyğun hesab edilib. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA-nın müvafiq elmi qurumlarının iştirakı ilə milli peyklər vasitəsilə toplanmış məlumatlar əsasında ölkənin strateji maraqlarına xidmət edən məqsədli elmi-innovativ layihələrin həyata keçirilməsi üçün Fəaliyyət Planının tərtib edilməsi, 2016-cı ildə "Kosmik tədqiqatların aktual problemləri” mövzusunda beynəlxalq konfransın təşkili, multidissiplinar kosmik tədqiqatların təşkili üçün AMEA-nın nəzdnində Kosmik Tədqiqatlar Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilməsi qərara alınıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol