• $
  • €
  • ₽
  • ₺
  • £

Türkmənistan qazı 2019-cu ildə Avropaya çatacaq

Türkmənistan qazı 2019-cu ildə Avropaya çatacaq
03.05.2015 18:26
Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmağa çalışan Avropa İttifaqı2019-cu ildən etibarən Türkmənistandan qaz tədarükünə başlamaq niyyətindədir.
 
Bunu "Reuters”ə müsahibəsi zamanı Avropa Komissiyanın vitse-prezidenti Maroş Şevçoviç deyib.
 
"Türkmənistan satdığı qazın diversifikayası vacib olduğu qədər, Avropa İttifaqına da qaz idxalının diversifikasiyası vacibdir. Biz bir-birimiz gözəl başa düşürük... Avropa 2019-cu ildən etibarən Türkmənistan qazını tədarük etmək niyyətindədir”, - deyə vitse-prezident qeyd edib.
 
Bununla yanaşı, vitse-prezident Avropaya Türkmənistandan il ərzində nə qədər qazın tədarük olunacağını açıqlamayıb.
 
Xatırladaq ki, mart ayında Türkmənistan rəsmi mənbələrindən xarici mətbuata sızan məlumata görə, rəsmi Aşqabad Brüssellə il ərzində Avropaya 10-30 mlrd. kubmetr qazın nəql olunması ilə bağlı danışıqlar aparır.
 
M. Şevçoviç deyib ki, Transxəzər boru kəməri layihəsi ilə bağlı danışıqların aparılması üçün tərəflər işçi qrupu yaradacaq: "Bu işçi qrupunda energetika nazirlərinin müavinləri və Xarici İşlər Nazirliklərinin ekspertləri təmsil olunacaq. Biz razılığa gəldik ki, Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa İttifaqı formatında işimizi davam etdirək. Gələcəkdə danışıqlara Gürcüstan da dəvət alacaq. Çünki Gürcüstan tranzit baxımından olduqca əhəmiyyətli ölkədir”.
 
Vitse-prezident qeyd edib ki, mayın 1-də Aşqabadda baş tutan dördtərəfli görüş müzakirələr zamanı Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının Avropaya çatdırılması ilə bağlı bütün məsələləri müzakirə edib.
 
"Xəzər dənizi vasitəsilə Türkmənistan qazını Avropaya nəql olunmasın imkan yaradan  "Cənub Qaz Dəhlizi” layihəsi illərdir siyasi, ekoloji və maliyyə qeyri-müəyyənliyi ucbatından yerində sayır. Lakin artıq Türkmənistan siyasi qərar verərək bu layihənin bir parçası olmağa razılıq verdi. Biz düşünürük ki, 2019-2020-ci illər aralığında Azərbaycandan Avropa sərhədlərinə qədər uzanan qaz kəmərlərinin tikintisi başa çatacaq”, - deyə M. Şevçoviç qeyd edib.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol