• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda neft-qaz sərgisi keçiriləcək

Bakıda neft-qaz sərgisi keçiriləcək
29.05.2020 08:00
İyunun 2-dən 5-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq "Xəzər Neft və Qaz 2015” ("Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək.

Oxu.Az xəbər verir ki, regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan bu sərgi və konfrans iyirmi ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

"Caspian Oil and Gas” neft-qaz sərgisində 300-dən çox şirkət iştirak edəcək.

Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası aşağıdakı tematik bölmələrdən ibarətdir:

"Neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s”.

İlk dəfə olaraq sərgi çərçivəsində BP şirkətinin sponsorluğu ilə "Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda bədii ekspozisiyanın nümayişi təşkil olunacaq.

Nobel qardaşlarına məxsus olan neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilmiş bu rəsm kolleksiyası Azərbaycan Milli İncəsənət Muzeyinin təklifi və "Caspian Oil and Gas” sərgisinin təşkilatçısı "Iteca Caspian” şirkətinin təşəbbüsü ilə yaradılıb.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq "Caspian Oil and Gas” konfransıdır.

Builki konfrans iyunun 3-dən 4-dək isə "JW Marriott Absheron Baku” otelində təşkil olunacaq. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500 nəfərdən çox nümayəndə iştirak edəcəkdir.

Konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən aparıcı neft-qaz ekspertlərinin və iri neft-qaz şirkətlərini təmsil edən rəhbərlərin çıxışı gözlənilir.

Sərgi və konfransın təşkilatçıları qismində isə "Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group Plc” şirkətləri çıxış edirlər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol