• $
  • €
  • ₽
  • ₺
  • £

​“Qaz təchizatı haqqında” qanuna dəyişiklik edilir

​“Qaz təchizatı haqqında” qanuna dəyişiklik edilir
10.06.2015 15:10
 Bu gün Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında "Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov iclasda çıxış edərək son illər respublikada qaz təchizatı sahəsində mühüm işlərin görüldüyünü bildirib, bu sahənin tənzimlənməsi üçün qanuna əlavə və dəyişikliklərə ehtiyac olduğunu söyləyib. O, vurğulayıb ki, son 6 ildə yaşayış məntəqələrinin və massivlərinin qazlaşdırılması məqsədilə 24 qazpaylayıcı stansiya tikilib, 29 min 519 kilometrlik yeni qaz kəmərləri quraşdırılıb. Ölkənin müxtəlif bölgələrini əhatə etməklə 760 yaşayış məntəqəsi qazlaşdırılıb. 2009-2015-ci illərdə 600 min yeni abunəçisi qeydiyyata alınaraq təbii qazla təmin olunub. Təbii qazdan istifadə edən abunəçilərin sayı 1 milyon 756 min 464-ə çatıb. Hazırda "smart-kart” tipli sayğaclarla təmin olunmuş abunəçilərin sayı 917 min 293-ə çatıb ki, bu sayğacla abunəçilərin 52 faizi əhatə edilib. Ötən dövrdə təbii qazla təmin olunan istehlakçıların sayğaclaşma səviyyəsi 100 faizə çatdırılıb. Hazırda bu istiqamətdə islahatlar davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Vüqar Eyvazov və "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev əlavə və dəyişikliklər barədə məlumat verərək bildiriblər ki, qanun layihəsi qaz təchizatı sahəsində tələblərin və yeni qaydaların tətbiqi ilə əlaqədar hazırlanıb.
Çıxış edən deputatlar əlavə və dəyişikliklərin zəruriliyini diqqətə çatdırıb, müvafiq təkliflər səsləndiriblər.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol