• $
  • €
  • ₽
  • ₺
  • £

İstehlak kreditlərinin həcmi 200 milyon manatdan çox azaldı

İstehlak kreditlərinin həcmi 200 milyon manatdan çox azaldı
29.05.2020 00:48
Azərbaycanın kredit təşkilatlarının sənaye sektoruna verdiyi kreditlərin məbləği 2 milyard manatı ötüb.

Oxu.Az-a Azərbaycan Mərkəzi Bankdan(AMB) verilən məlumata görə, 2015-ci ilin mayın 1-nə olan məlumata görə, sənaye və istehsal sektoruna verilən kreditlər 2 milyard 210,9 milyon manata çatıb. Bu da 2015-ci il yanvarın 1 ilə müqayisədə 183,1 milyon manat artım deməkdir.

Qeyd edək ki, sənaye sektoruna verilən kreditlərin cəmi kreditlərdə (20 milyard 595,5 milyon manat) xüsusi çəkisi 10,7% təşkil edir.

Məlumat üçün bildirək ki, kredit təşkilatları tərəfindən 20 milyard 595,5 milyon manat kredit qoyuluşunun 268,5 milyon manatı energetika, kimya və təbii ehtiyatlara(xüsusi çəkisi 1,3%), 871,7 milyon manat nəqliyyat və rabitəyə (xüsusi çəkisi  4,2%), 8 milyard 197,7 milyon mantaı ev təsərrüfatlarına( xüsusi çəkisi 39,8%), 2 milyard 814,1 milyon manatı inşaat və əmlak sektoruna( xüsusi çəkisi 13,7%), ticarət və xidmət sektoruna 2 milyard 960,8 milyon ( xüsusi çəkisi 14,4 %) aid olub.

Qeyd edək ki, manatın devalvasiyasından sonra isteklak kreitlərinin həcmində azalma tendensiyası müşahidə olunub. Belə ki, əgər 2015-ci ilin martın 1-nə olan məlumata görə, istehlak kreditlərinin həcmi 8 milyard 416,7 milyon manat təşkil edirdisə, 2015-ci ilin mayın 1-nə olan məlumata görə, isə bu rəqəm 8 milyard 197,7 milyon manata düşüb. Azalma 219 milyon manat.

Xatırladaq ki, valyuta bazarında baş verən prosesləri nəzərə alaraq, fevralın 21-də AMB -in qərarı ilə, ABŞ dollarının manata qarşı məzənnəsi 1,05 manat AZN səviyyəsində müəyyən edildi.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol