• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Komitəsinin sədri sahibkarlara nə dedi?

Gömrük Komitəsinin sədri sahibkarlara nə dedi?
23.06.2015 17:19
Sonra iş adamlarını maraqlandıran suallar cavablandırılıb

 İyunun 23-də Dövlət Gömrük Komitəsində iş adamları ilə növbəti görüş keçirilib. ANN.Az-ın komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, komitə sədri Aydın Əliyev iş adamları ilə ənənəvi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edib.

Ötən görüşdən keçən müddət ərzində ölkədə baş verən iqtisadi proseslər, idxal ixrac əməliyyatlarının vəziyyəti barədə məlumat verən A.Əliyev görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib.
Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.
Sonra görüşdə çıxış edən DGK sədrinin I müavini Səfər Mehdiyev Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək dəyərləndirib.

S.Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi, bu istiqamətdə sahibkarlar tərəfindən irəli sürüləcək maraqlı təkliflərin dəyərləndirilərək ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
Görüşdə sahibkarlar müəyyən təkliflərlə çıxış ediblər və onları maraqlandıran suallar cavablandırılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol