• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka bazarını nə gözləyir? – RƏY

İpoteka bazarını nə gözləyir? – RƏY
29.05.2020 08:54
Bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov ilin sonuna qədər ipotekanın maliyyələşdirilməsinə 200 milyondan çox əlavə vəsaitin ayrılacağını bildirmişdi. 

"Bu vəsaitlər Mərkəzi Bankın krediti hesabına olacaq, lakin Maliyyə Nazirliyi buna öz zəmanətini verəcək.

Bu pulları dövlət zəmanəti altında verəcəyik. Maliyyə Nazirliyi ilə birgə təklifimizə əsasən, bu məbləğ təxminən 250 milyon manat həcmindədir. Bu vəsaitin müəyyən bir hissəsi sosial, müəyyən bir hissəsi isə kommersiya ipotekasına yönəldiləcək”, - Elman Rüstəmov demişdi.

Baş bankir həm kommersiya, həm də sosial ipotekanın şərtlərinin aşağı salınmasının təkliflər sırasında olduğunu vurğulamışdı. 

Oxu.Az son proseslərin gələcək bazara təsirləri barəsində iqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikirlərini öyrənib:

O.Haqverdiyev bazara 200 milyon dolların daxil olmasının mənzillərin qiymətini bahalaşdıracağını bildirib:

"Tələbat artdıqda, təklif də buna reaksiya kimi qiyməti qaldıracaq” - deyə, o qeyd edib. 

İqtisadçı-ekspert bu vəsaitin iki istiqamətə yönləndirilməsinin mümkün ola biləcəyini istisna etmir:

"Birinci halda, dəbdəbədən kənar, normal yaşayışı olan mənzillərin tikilməsi, sonra onların yeni ailə quranlara, hərbçilərə və s. verilməsi. İkinci halda isə qonşu ölkə Türkiyə kimi sosial mənzillərin tikilməsi və onların kirayə şəklində 15-20 ilə verilməsi. Bundan sonra həmin evlər kirayədə yaşayan ailələrə qala bilər”.

Bundan əlavə, iqtisadçı sosial mənzillərin tikilməsi üçün qanunvericilik bazasının olmadığını da vurğuladı:

"Bunun hələ ki qanuni bazası yoxdur, qanunlar olmalıdır”.

İpoteka faiz dərəcələrinin aşağı düşməsinə gəldikdə isə, ekspert faiz dərəcələrinin azalmasını istisna edir:

"Son proseslərdə bu məsələyə toxunulmadı. Çox güman ki, faiz dərəcələri dəyişilməz olaraq qalacaq”.

Ekspertin sözlərinə görə, Qərblə müqayisə etdikdə, Azərbaycanda ipoteka faiz dərəcələri çox yüksəkdir:

"8-9%-lə ipoteka krediti olmur, ipoteka 1% və ya faiz yarım, hətta yarım faiz olmalıdır”.

Qeyd edək ki, AMB-nın 2015-ci ilin iyunun 1-nə olan məlumatına görə, son 1 ildə verilmiş kreditlərin orta məbləği 40 524 manat, kreditlərin orta illik faiz dərəcəsi 6,74% (bir ayda dəyişməyib), kreditlərə görə aylıq ödəniş məbləği isə 0,3 manat azalaraq, 297,3 manat təşkil edib.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol