• $
  • €
  • ₽
  • ₺
  • £

160 milyon manata yaxın investisiya

160 milyon manata yaxın investisiya
29.07.2015 11:48
Azərbaycanın İKT sahəsinə qoyulmuş investisiyaların həcmi 2015-ci ilin yanvar-iyun ayları ərzində 158,3 milyon manat təşkil edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Altı ayın yekunlarına əsasən, müəssisələr və nazirliyin bölmələri tərəfindən İKT sahəsinə 48 milyon manat investisiya qoyulub.

Azərbaycanda İKT sahəsinə ilin əvvəlindən qoyulmuş investisiyanın həcmi ölkə iqtisadiyyatına qoyulmuş ümumi investisiyanın 2 faizini təşkil edir və 2014-cü ilin analoji dövrünün göstəricisini 2,5 dəfə üstələyir.

Nazirliyin məlumatına əsasən, ölkədə rabitə müəssisələrinin kapital qoyuluşları hesabına 24 yeni ATS istismara verilib, 3-ü yenidən qurulub və daha 29 ATS modernləşdirilib. Nəticədə respublika üzrə ATS şəbəkəsinin montaj nömrə tutumu 1,85 milyonu, əsas telefon aparatlarının sayı isə 1,49 milyonu ötüb.

Qoyulmuş investisiyalar hesabına uzunluğu 162,9 kilometr olan kabel magistralının salınması üzrə işlər görülüb. ADSL portlarının sayı 96,3 mindən çox artırılıb.

Azərbaycanın İKT sektoru və poçt rabitəsi üzrə əldə edilən gəlirlərin həcmi yanvar-iyun aylarında 809,6 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünün göstərcisini 12 faiz üstələyir.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan ÜDM-ində İKT sahəsinin xüsusi çəkisi göstərilən dövrdə 2 faiz, qeyri-neft ÜDM-də isə 3 faiz təşkil edib. İKT sektoru üzrə əldə edilmiş gəlirlərin 80 faizi özəl sektorun payına düşüb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol