Əl əməyi, göz nuru: 50 ilin sənətkarından - FOTOLAR

09:24 | 07.09.2015
Əl əməyi, göz nuru: 50 ilin sənətkarından - FOTOLAR

Əl əməyi, göz nuru: 50 ilin sənətkarından - FOTOLAR

 

Yenə də "İçərişəhər”in dolambac, dar dalanlarından, küçələrindən keçirdim. Hər dəfə yolum bu qədim məkana düşəndə istər-istəməz içimə qəribə bir hüzur, arxayınlıq hiss edirəm. Hansısa yerdə,  məkanda olanda yolumu itirməməyə, düz ünvanıma doğru getməyə can atıram. Eyni zamanda burada tanımadığım  dar küçələrdə qətiyyən  azmaq qorxusu hiss eləmirəm.

Axtarışda idim. Keçmişdən, bu günümüzün itib getməməsinin səbəbi olan xatirələr axtarırdım sanki. Əlibala müəllimi - tarixin canlı şahidini görən kimi qəhrəmanımı tapdığımı anladım. Son dərəcə söhbətcil, xoşxasiyyət olan 85 yaşlı bu insanla ünsiyyət zövqverici idi. 

Əlibala müəllim emalatxanasındakı işlərlə bizi tanış elədi. Onun ömür tarixçəsinə də qısa bir səyahət elədik. Bizə təhsil həyatından, işindən, necə müəllimlik etməsindən böyük həvəslə danışdı. Onun emalatxanasında gördüyümüz  əl əməyi, göz nuru olan əl işləri insanı heyran etməyə bilməzdi. 

Emalatxanada olan əl işlərinin çoxunun satılıq olduğunu desə də iki işi- öz əlləri ilə düzəltdiyi, tələbəlik vaxtında diplom işi olan neft buruğu və peyk  maketini heç vaxt satmayacağını, övladlarına miras qoyacağını deyirdi Əlibala müəllim.

Fərqanə Novruzova
Fotolar müəllifindir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM