Əli Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

14:33 | 02.02.2017
Əli Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

Əli Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.
 
APA-nın məlumatına görə, prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.
 
Ə. Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti