“Əli və Nino” dramının treyleri işıq üzü gördü - VİDEO

15:41 | 22.09.2016
“Əli və Nino” dramının treyleri işıq üzü gördü - VİDEO

“Əli və Nino” dramının treyleri işıq üzü gördü - VİDEO

Oktyabr ayından etibarən Bakıda çoxdan gözlənilən "Əli və Nino” dram filminin nümayişinə başlanacaq. Film Azərbaycan dilində nümayiş olunacaq.

"Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir. //webaz.az
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb