Əliağa Vahidin 120 illik yubileyi qeyd ediləcək

15:07 | 13.02.2015
Əliağa Vahidin 120 illik yubileyi qeyd ediləcək

Əliağa Vahidin 120 illik yubileyi qeyd ediləcək

Fevralın 18-də Azərbaycanın görkəmli şairi, qəzəlxan, əməkdar incəsənət xadimi Əliağa Vahidin 120 yaşı tamam olur.

"Report" xəbər verir ki, bu münasibətlə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi tərəfindən yubiley tədbiri keçirəcək. Qəzəlxanın 120 illik yubileyi fevralın 18-də Mahnı Teatrında olacaq.

Tədbirdə görkəmli qəzəlxanın qəzəlləri səslənəcək və xanəndələrin ifasında muğam parçaları ifa ediləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM