Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti"ndən istefa verdi

14:19 | 30.09.2014
Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti"ndən istefa verdi

Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti"ndən istefa verdi

“Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli tutduğu vəzifədən istefa verib.APA-nın verdiyi məlumata görə, Elçin Hüseynbəyli öz istəyi ilə tutduğu vəzifədən azad edilib. Elçin Hüseynbəyli istefasını qəzetdə işlərin çoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.Qeyd edək ki, Elçin Hüseynbəyli AYB-nin axırıncı qurultayından sonra bu vəzifəyə təyin olunmuşdu. Həmin vaxtadək isə “Ulduz” jurnalına rəhbərlik edirdi. Onun istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib. O, oktyabr ayının 1-dən etibarən bu vəzifəni icra edəcək.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb