Elm və Təhsil Nazirliyi serialda jurnalistləri tənqid edən görüntüyə münasibət bildirib

14:31 | 15.03.2024
Elm və Təhsil Nazirliyi serialda jurnalistləri tənqid edən görüntüyə münasibət bildirib

Elm və Təhsil Nazirliyi serialda jurnalistləri tənqid edən görüntüyə münasibət bildirib

"Gündəlik" serialında jurnalistləri tənqid edən epizoddakı ideya və məzmunun Elm və Təhsil Nazirliyi ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu barədə nazirlikdən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 
 
"Sosial şəbəkələrdə yayılan görüntü İctimai Televiziyada yayımlanan "Gündəlik" serialından bir hissədir. Sözügedən serialın ideya və məzmununun Elm və Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur", - qurumun açıqlamasında deyilir. 
 
Bir gün əvvəl ictimai kanalda yayımlanan "Gündəlik" serialında müəllim kinoda çəkilən jurnalist fonunda hamıya mesaj ötürərək hadisələrin işıqlandırmasına görə bütün jurnalistləri tənqid edib. Kinoda "bacarırsınızsa hansısa icra başçısından, məmurdan yazın" ifadələri işlədilib. 
 
Sözügedən serialın müəllifi yazıçı Tural Cəfərovdur. 
 


Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM