Elman Rüstəmov: “5-7 bankın birləşməsi prosesi gedir”

12:14 | 19.01.2016
Elman Rüstəmov: “5-7 bankın birləşməsi prosesi gedir”

Elman Rüstəmov: “5-7 bankın birləşməsi prosesi gedir”

Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcək.
 
"APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
 
E. Rüstəmov bildirib ki, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.
 
Baş bankirin sözlərinə görə, zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. "Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”, - deyə El. Rüstəmov  qeyd edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb