Elmdə sensasiya: 1 milyonluq mumiya - Fotolar

21:13 | 18.12.2014
Elmdə sensasiya: 1 milyonluq mumiya - Fotolar

Elmdə sensasiya: 1 milyonluq mumiya - Fotolar

Misirdə aparılan arxeoloji-qazma işləri alimləri şoka salıb. Onlar əldə etdikləri nəticəni sensasiya adlandırırlar.

Faiyum bölgəsində 300 hektarlıq ərazidəki Fəq əl Ğamus adlı məzarlıqda aparılan qazma işləri zamanı təqribən 1 milyon mumiya aşkarlanıb.
 
ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, məzarlarda təxminən 1500 il əvvəl, misirlilər Qədim Roma və Bizansın nəzarətində olduğu zaman vəfat etmiş şəxslər mumiyalanaraq dəfn olunublar.
 
Məzarlıqlarda tapılan son mumiya 18 aylıq qızın cəsədidir. Qahirədən 96 km cənubda yerləşən bu məkanda qazıntı işləri aparan alimlər artıq 1700-dən çox mumiyanı çıxarıblar. Onların dediklərinə görə, əhəngdaşı zağalarındakı məzarlarda 1 milyondan artıq mumiya ola bilər. Onların çoxu 30 metr dərinlikdədir.
 
Qazıntı işləri aparan qrupun rəhbəri, ABŞ-ın Yuta şəhərindəki Briqam Universitetinin professoru Kerri Mulsteynin dediyinə görə, onların tapıntıları əsl elmi sensasiyadır.

ANN.Az





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb