Elnarə Rzayeva daha bir xanımı bu hala saldı - FOTO

11:17 | 12.06.2018
Elnarə Rzayeva daha bir xanımı bu hala saldı - FOTO

Elnarə Rzayeva daha bir xanımı bu hala saldı - FOTO

Kosmetoloq Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artır. Onlardan biri də Səlmi Əhmədova adlı pasientdir. 

Axşam.az-a şikayət edən Səlmi deyir ki, Elnarəyə dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib. Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib:

"Dodağımda sintetik gel var idi. Getdim yanına, dedi ki, mən onu əridəcəm. Bir iynə vurdu və guya əritdi. Dodağım əvvəlcə yara oldu, pis günə qaldı. Yara gedəndən sonra isə şişib daha da böyüyüb. Düz bir il 20 gündür əməliyyatın üstündən keçir. Hər gün Elnarənin yanına getsəm də, məni yola verirdi. Deyirdi ki, get, sabah gələrsən. Nəhayət bu gün onunla üzbəüz görüşdüm. Elədiyini boynuna almadı. Dedi, daha sənə heç cürə kömək edə bilmərəm, get, kimə şikayət edirsən, et, heç kimdən qorxmuram”.
Qeyd edək ki, bu, Rzayeva haqda ilk şikayət deyil. Bundan əvvəl də bir neçə müştərisi onun prosedurlarından şikayət edib. Onlar kosmetoloqun etdiyi prosedurlardan sonra dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər. Bəziləri hətta Elnarə tərəfindən döyüldüyünü söyləyib. Müştərilər kosmetoloqla bağlı məhkəməyə müraciət ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM