• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Emin Əmrullayev: Həmin məktəblərin sadəcə tədrisi dayandırılacaq

Emin Əmrullayev: Həmin məktəblərin sadəcə tədrisi dayandırılacaq
28.11.2024 11:15
Şagird sayı yüzdən aşağı olan təxminən 1500-ə yaxın məktəblər bağlanmayacaq, sadəcə onların tədrisi dayandırılacaq. Bunu anews.az-a elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində deyib. 
 
"Biz məktəbləri bağlamırıq. Məktəblər yerində qalır. Sadəcə məktəbdə tədrisi dayandırırıq. Həmin məktəblərdə təhsil alan uşaqları da avtobusla digər məktəblərə göndərəcəyik. Uşaq sayı artanda fəaliyyəti dayanmış məktəblər yenidən tədrisə davam edə biləcək. Uşaq az olanda onu avtobusla digər məktəbə göndərmək daha ucuz başa gəlir", - nazir açıqlamasında bildirib. 
 
Bir gün öncə elm və təhsil naziri Emin Əmrullayev mətbuatda yayımlanan 1500 məktəbin bağlanmasına münasibət olaraq yazıb ki, "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək"
 
Bir gün öncə Milli Məclisin deputatı Ceyhun Məmmədov da çıxışı zamanı söyləyib ki, ölkə üzrə 4400 məktəbdən 1500-nün bağlanması həmin ərazilərin boşalmasına səbəb olacaq.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol