Çempionlar Liqası: "Bavariya" "Real"a qarşı

10:15 | 29.04.2014
Çempionlar Liqası: "Bavariya" "Real"a qarşı

Çempionlar Liqası: "Bavariya" "Real"a qarşı

Bu axşam Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. ANN.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan "Bavariya" klubu doğma azarkeşləri önündə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Münhendə keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu "Çelsi" - "Atletiko" (Madrid) matçı isə sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 29 aprel Çempionlar Liqası, yarımfinalın cavab oyunları 23:45. "Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:1) 30 aprel 23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 0:0)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM