Çempionlar liqası: "Qalatasaray" "Andexlext"ə qarşı

18:00 | 16.09.2014
Çempionlar liqası: "Qalatasaray" "Andexlext"ə qarşı

Çempionlar liqası: "Qalatasaray" "Andexlext"ə qarşı

Bu gün Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. ANN.Az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 oyun baş tutacaq.Ölkəmizdə böyük azarkeş dəstəyinə sahib olan "Qalatasaray" doğma meydanda "Andexlext"i sınağa çəkəcək. Çempionlar Liqasının son qalibi "Real" "Bazel"i qəbul edəcək, finalçı "Atletiko" "Olimpiakos"un qonağı olacaq. Maraqlı qarşılaşmalardan biri Dortmund "Borussiya"sı ilə "Arsenal" arasında baş tutacaq.Qeyd edək ki, bütün oyunlar eyni - Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. I turun qalan 8 oyunu sabah keçiriləcək. Çempionlar LiqasıQrup mərhələsiI tur, 16 sentyabrA qrupu23.45 Olimpiakos (Yunanıstan) - Atletiko (İspaniya)23.45 Yuventus (İtaliya) - Malmö (İsveç) B qrupu23.45 Real (İspaniya) - Bazel (İsveçrə)23.45 Liverpul (İngiltərə) - Ludoqorets (Bolqarıstan) C qrupu23.45 Benfika (Portuqaliya) - Zenit (Rusiya)23.45 Monako (Fransa) - Bayer (Almaniya) D qrupu23.45 Borussiya (Dortmund, Almaniya) - Arsenal (İngiltərə)23.45 Qalatasaray (Türkiyə) - Anderlext (Belçika)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb