Çempionlar Liqasının ən yaxşıları

10:30 | 28.05.2018
Çempionlar Liqasının ən yaxşıları

Çempionlar Liqasının ən yaxşıları

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının 2017/2018 mövsümünün rəmzi heyətini açıqlayıb.

Anews.az-ın məlumatına görə, siyahı təşkilatın Twitter səhifəsində yerləşdirilib.

Komandanın heyətinə 18 futbolçu düşüb.

Qapıçılar: Keylor Navas ("Real”), Alison Beker ("Roma”)

Müdafiəçilər: Yosua Kimmix ("Bavariya”), Serxio Ramos, Marselo, Rafael Varan ("Real”), Vircil Van Deyk ("Liverpul”), Corcio Kyellini ("Yuventus”).

Yarımmüdafiəçilər: Kevin de Bruyne ("Mançester Siti”), Kasemiro, Luka Modriç, Toni Kroos ("Real”), Xames Rodriqes ("Bavariya”).

Hücumçular: Edin Dzeko ("Roms”), Roberto Firmino, Məhəmməd Salah ("Liverpul”), Lionel Messi ("Barselona”), Kriştianu Ronaldu ("Real”)

Çempionlar Liqasının 2017/2018 mövsümü mayın 26-da başa çatıb. Finalda "Real” "Liverpul”a 3:1 hesabı ilə qalib gəlib. Bu kral klubunun turnirdə ardıcıl üçüncü qalibiyyətidir. Ümumilikdə komanda 13 dəfə Çempionlar Liqasının qalibi olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb