Çempionlar Liqasınında IV tura yekun vurulub - NƏTİCƏLƏR

09:00 | 05.11.2015
Çempionlar Liqasınında IV tura yekun vurulub - NƏTİCƏLƏR

Çempionlar Liqasınında IV tura yekun vurulub - NƏTİCƏLƏR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, E, F, G və H qruplarında ümumilikdə 8 matçın oynanıldığı gündə 1/8 finala yüksələn növbəti komandalar müəyyənləşib..
 
E qrupunda lider "Barselona” BATE-ni qəbul edib. Kataloniyalılar zəif rəqibini məğlub edərək, növbəti mərhələyə vəsiqə məsələsini böyük ölçüdə həll edib. Sonuncu pillədə qərarlaşan "Roma” isə "Bayer"i məğlub edərək, ikinci pilləyə yüksəlib.
 
F qrupunda da bu turdan sonra "sular durula” bilər. "Arsenal”ı qəbul edən "Bavariya” darmadağınla qalib gələrək 1/8 final şanslarını xeyli yaxşılaşdırıb. Qrupun bu oyuna qədər 6 xala malik olan digər üzvü "Olimpiakos” isə Zaqreb "Dinamo”sunu məğlub edərək "Bavariya" ilə birlikdə qrupdan çıxmağa ən real namizəd olub.
 
G qrupunun yeganə xalsız komandası "Makkabi” lider "Porto”ya uduzub.. Portuqaliya klubu qələbə qazanaraq, növbəti mərhələ şansını xeyli artırıb. Cari mövsümün uğursuz komandası "Çelsi” isə Kiyev "Dinamo”sunu yenərək qrupda ikinciliyə yüksəlib.
 
H qrupunda aşkar liderlər "Zenit” və "Valensiya” müvafiq olaraq, autsayderlər "Lion” və "Gent”lə oynayıblar. Ruslar səfərdə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Valensiya" isə Belçikada uduzaraq, vəsiqə arzularını təxirə salmalı olub.
 
UEFA Çempionlar Liqası, Qrup mərhələsi
IV tur
4 noyabr
 
E qrupu
 
"Barselona” (İspaniya) – BATE (Belarus) - 3:0
Qollar: Neymar, 31 (pen.), 83, Suarez, 60
 
"Roma” (İtaliya) – "Bayer” (Almaniya) - 3:2
Qollar: Salah, 2, Dzeko, 29, Pyanic, 81 (pen.)  - Mehmedi, 46, Çikarito, 51
 

1.

Barselona

4

3

1

0

8:2

10

2.

Roma

4

1

2

1

10:10

5

3.

Bayer

4

1

1

2

11:10

4

4.

BATE

4

1

0

3

4:11

3



 
 
F qrupu
 
"Bavariya” (Almaniya) – "Arsenal” (İngiltərə) - 5:1
Qollar: Levandovski, 10, Müller, 29, 90, Alaba, 42, Roben, 55 - Jiru, 68
 
"Olimpiakos” (Yunanıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 2:1
Qollar: Pardo, 65, 90 - Hodziç, 21
 

1.

Bavariya

4

3

0

1

13:3

9

2.

Olimpiakos

4

3

0

1

6:6

9

3.

Arsenal

4

1

0

3

6:10

3

4.

Dinamo Zaqreb

4

1

0

3

3:9

3

 


 
G qrupu
 
"Çelsi” (İngiltərə) – "Dinamo” (Kiyev, Ukrayna) - 2:1
Qollar: Draqoviç, 31 (öz qapısına), Villian, 83 - Draqoviç, 78
 
"Makkabi” (Təl-Əviv, İsrail) – "Porto” (Portuqaliya) - 1:3
Qollar: Zahavi, 75 (pen.) - Tello, 19, Andre, 50, Layun, 72
 

1.

Porto

4

3

1

0

9:4

10

2.

Çelsi

4

2

1

1

7:3

7

3.

Dinamo Kiyev

4

1

2

1

5:4

5

4.

Makkabi Tel Əviv

4

0

0

4

1:11

0

 

 


 
H qrupu
 
"Lion” (Fransa) – "Zenit” (Rusiya) - 0:2
Qol: Dzyuba, 25, 58
 
"Gent” (Belçika) – "Valensiya” (İspaniya) - 1:0
Qol: Kums, 46 (pen.)
 

1.

Zenit

4

4

0

0

10:4

12

2.

Valensiya

4

2

0

2

5:5

6

3.

Gent

4

1

1

2

4:5

4

4.

Lion

4

0

1

3

2:7

1



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb