Çempionlar Liqasında görünməmiş hadisə

13:07 | 23.04.2014
Çempionlar Liqasında görünməmiş hadisə

Çempionlar Liqasında görünməmiş hadisə

Çempionlar Liqasının dünən baş tutan “Atletiko” – “Çelsi” oyununda maraqlı hadisə baş verib. Qol.Az-ın xəbərinə görə, bu qarşılaşmada London klubunun...  üç qapıçısı matçın iştirakçısı olub.

Məsələ burasındadır ki, bu görüşdə “Çelsi”nin şərəfini qoruyan Peter Çex 18-ci dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Bu zaman onun yerinə Mark Şvartser oyuna girib. Lakin bu halda da meydanda “Çelsi”nin iki qapıçısı olub.

İcarə qaydasında “Atletiko”nun qapısını qoruyan Tibo Kurtua da müqavilə ilə London klubuna məxsusdur.

Beləliklə, Kurtua da daxil olmaqla, “Çelsi”yə məxsus olan üç qapıçı dünənki qarşılaşmanın iştirakçısına çevriliblər. 

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM