Çempionlar Liqasında növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR

08:52 | 02.10.2014
Çempionlar Liqasında növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları başa çatıb.Apasport.az saytının məlumatına görə, ilk turda olduğu kimi azarkeşlər yenə 4 qrupda 8 oyuna tamaşa ediblər. Azərbayan futbol sevərləri üçün əsas diqqət Londona yönəlmişdi. İngiltərənin paytaxtında qardaş ölkə Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” “Arsenal”ın qonağı olub. Qrupun start matçında İstanbulda “Anderlext”in müqavimətini qıra bilməyən “Cim-Bom” bu dəfə “Dumanlı Albion”a 3 xal arxasıyca getmişdi ki, buna da nail ola bilməyib. Qarşılaşmada “Qalatasaray” darmadağın olub  - 4:1. D qrupunun digər görüşündə isə Belçikanın “Anderlext” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Oyunun fovariti hesab edilən almanlar gənc heyət qarşısında çətinlik çəkməyib. Matçda 3 cavabsız qol vuran dortmundlular meydandan qalib ayrılıb. 4 dəfə ÇL-nin qalibi olmuş “Real” isə səfərdə “Ludoqorets”i 2:1, “Bazel” evində”Liverpul”u 1:0 hesabı ilə məğlub edib. “Yuventus” “Atletiko”ya 0:1, “Benfika” isə “Bayer”ə 3:1 hesabı ilə uduzub. Günün ən erkən oyunu isə Rusiyada baş tutub. İlk turda Portuqaliyada “Benfika”nı 2:0 hesabı ilə məğlub edib, aktivinə 3 xal yazdıran “Zenit” bu dəfə “Monako” ilə münasibətlərinə aydınlıq gətirib. Oyun başladığı kimi də sona çatıb – 0:0. Çempionlar LiqasıII tur 1 oktyabr (çərşənbə)A qrupu“Malmö” – “Olimpiakos” - 2:0Qollar: Rosenberq, 42; 82 “Atletiko” – “Yuventus” - 1:0Qol: Arda, 75 B qrupu“Ludoqorets” – “Real” - 1:2Qollar: Marselino, 6 - Ronaldo, 25, Benzema 77 “Bazel” – “Liverpul” - 1:0Qol: Streller, 52  C qrupu"Zenit – “Monako” - 0:0 “Bayer” – “Benfika” - 3:1Qollar: Kiblinq, 25, Son Heunq-Min, 34, Çalhanoğlu, 63-pen - Salvio, 62 D qrupu“Anderlext” – “Borussiya” - 0:3Qollar: İmmobile, 3, Ramos, 70; 79 “Arsenal” – “Qalatasaray” - 4:1Qollar: Uelbek, 22; 30; 52, Sançes, 41 - Burak, 63 ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM