Ərdoğan: "Buna görə bizim Aİ-yə daxil olmağımız ləngiyir"

13:17 | 25.06.2016
Ərdoğan:

Ərdoğan: "Buna görə bizim Aİ-yə daxil olmağımız ləngiyir"

Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın referendum nəticəsində Avropa İttifaqından ayrılmasına qərar verdikdən sonra ittifaqa səslənib. Türkiyə prezidenti belə davam etsə başqa ölkələrin də Avropa Birliyinin tərk edəcəyini deyib.

ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumatına görə, Ərdoğan qərb dövlətlərinin Ankaranın Avropa İttifaqına daxil olmasına mane olduğunu deyib. "Bu gün Türkiyənin əleyhinə edilən bütün hərəkətlər islamafobiyanın nəticəsidir. Buna görə bizim Aİ-yə daxil olmağımız ləngiyir" , - deyə fikrini yekunlaşdırıb.

Türkiyə Avropa İttifaqı (Aİ) ilə vizaların ləğvi üçün iyunun sonunadək beş şərt yerinə yetirməlidir. ANS PRESS-in məlumatına görə, Avropa İttifaqı Komissiyası Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə tövsiyə qərarı ilə çıxış edib. Bunu Avropa komissiyası sədrinin birinci müavini Frans Timmermans bildirib. 

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız girişi üçün zəruri meyarlarla bağlı araşdırma aparılıb. Nəticədə 72 meyarın 67-nin həyata keçirildiyi müəyyən edilib. Bunları nəzərə alaraq müsbət qərar qəbul olunub. Lakin Türkiyə qalan şərtləri də tezliklə yerinə yetirməlidir. Türkiyə həmçinin Avropa İttifaqı ilə bir sıra məsələlərdə razılığa gəlməlidir. Söhbət korrupsiya ilə mübarizədə Aİ ölkələri ilə polis və məhkəmə sahəsində əməkdaşlıqdan, miqrasiya məsələlərində qarşılıqlı əlaqələrin təminindən, yeni növ biometrik pasportların hazırlanmasından gedir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb