Erdoğan çevriliş xəbərini qaynından alıbmış

13:52 | 22.07.2016
Erdoğan çevriliş xəbərini qaynından alıbmış

Erdoğan çevriliş xəbərini qaynından alıbmış




Türkiyə prezidenti hərbi çevrilişdən sonra Reuters-ə verdiyi ilk müsahibədə orduda "təmizləmə" tədbirlərinin davam edəcəyini söyləyib
Reuters agentliyinə müsahibəsində Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, çevriliş cəhdi barədə ilk xəbəri ona qaynı verib.

Qaynı prezidentə xəbər verib ki, İstanbulda Beylerbeyi sarayı rayonunda "nəsə problemlər baş verir”.

"Əsgərlər küçələri bağlayır, maşınların körpüyə daxil olmasına yol vermirdilər”.

"Mən bu xəbəri alanda, əvvəlcə inana bilmədim” - deyib Erdoğan.

Prezident bunun ardınca çevriliş cəhdinin qarşısını almış insanlara, tərəfdarlarına təşəkkürünü bildirib.

Bir gün hamımız öləcəyik…

Prezident Erdoğan çevriliş cəhdinin qarşısını alarkən həlak olanların ölümündən danışarkən deyib ki, "bir gün hamımız öləcəyik”.

"Bu yol qəzası da ola bilər, ya da yatdığımız yerdə yıxılıb ölə bilərik. Beynə qan sızması da ola bilər. Amma bu, ölməyin çox şərəfli yoludur” – deyib Erdoğan onun hakimiyyətini müdafiə edərkən həyatlarını itirənlər barədə.

Reuters agentliyinə özünün Ankaradakı sarayında müsahibə verən Erdoğan deyib ki, daha bir hərbi çevriliş cəhdinin qarşısını almaq məqsədilə ordu sıralarında "ciddi təmizləmə” tədbirləri görüləcək.

Prezident etiraf edib ki, ölkənin təhlükəszilik xidmətlərində ciddi qüsurlar mövcuddur.

"Çox aşkardır ki, bizim kəşfiyyat xidmətimizdə ciddi boşluqlar və çatışmazlıqlar var. Bunu gizlətməyin mənası yoxdur. Mən bu barədə milli kəşfiyyatın rəhbərinə fikrimi bildirmişəm” – deyib prezident.

Yeni çevriliş cəhdi mümkündür, amma…

O deyib ki, yeni çevriliş cəhdi mümkündür, lakin bunu etmək asan olmayacaq.

"Biz indi daha ayığıq – deyib Erdoğöan, - Arxayınçılığa yol verə bilmərik”.

Prezident bildirib ki, Türkiyə silahlı qüvvələrinə "yeni qan” vurulmalıdır.

Erdoğan Türkiyədə baş vermiş çevriliş cəhdinin hakimiyyət tərəfindən qurama olduğu barədə iddiları "tərbiyəsizlik” adlandırıb.

"Siz deyə bilərsinizmi ki, 11 sentyabr terror hücumlarını ABŞ hökuməti təşkil edib və ya Fransada baş vermiş son hadisələri Hollande administrasiyasının boynuna qoymaq olarmı?” – deyə sual edib Türkiyə lideri.

O əlavə edib ki, çevriliş cəhdi xalqa, parlamentə və prezidentə qarşı yönəlmişdi.

Erdoğan bunu da vurğulayıb ki, ehtiyac olarsa, üç aylıq fövqəladə vəziyyəti uzatmaqda heç bir problem yoxdur. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb