Ərdoğan cizgi filmində - VİDEO

10:25 | 08.08.2014
Ərdoğan cizgi filmində - VİDEO

Ərdoğan cizgi filmində - VİDEO

Türkiyənin baş naziri, 2 gün sonra keçiriləcək prezident seçkisinin ən favorit namizədi Rəcəb Tayyib Ərdoğanın həyatda qazandığı uğurlardan bəhs edən animasiya filmi çəkilib. ANS PRESS-in xəbərinə görə, filmdə Ərdoğanın küçədə simit satıcılığından başlayaraq baş nazirliyə qədər uzanan həyat yolu ixtisarla anladılır. 2.23 dəqiqə davam edən animasiya filmi sosial şəbəkələrdə izlənmə rekordu qırır. Xatırladaq ki, avqustun 10-da Türkiyədə ilk dəfə xalq səsverməsi ilə prezident seçkisi keçiriləcək. Seçkidə 3 namizəd – Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İKT-nin sabiq sədri Ekmeleddin İhsanoğlu və separatçı kürdlərin siyasi lideri Səlahəddin Demirtaş prezident adı uğrunda mübarizə aparacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb