Ərdoğan: İŞİD-dən neft almağımızı sübut etsələr istefa verməyə hazıram

09:24 | 01.12.2015
Ərdoğan: İŞİD-dən neft almağımızı sübut etsələr istefa verməyə hazıram

Ərdoğan: İŞİD-dən neft almağımızı sübut etsələr istefa verməyə hazıram

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyənin İŞİD-dən neft alması təsdiqləndiyi halda istefa verəcək.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

"Biz o qədər vicdansız deyilik ki, terrorçulardan neft alaq. Əgər bizim bunu etdiyimiz sübut olunsa, mən vəzifəmdən getməyə hazıram. Əgər kiminsə hər hansı bir sübutu varsa, göstərsin, biz də görək”, - Türkiyə lideri bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Rusiyanın tətbiq etdiyi sanksiyalara cavab vermək fikrində deyil.

"Biz Su-24 təyyarəsi vurulduqdan dərhal sonra Rusiyaya radarların məlumatını göstərdik və vəziyyəti başa saldıq. Biz Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğumuz bildirdik. Hal-hazırda Rusiya tərəfinin verdiyi bəyanatları izləyirik. Biz səbirlə hərəkət edəcəyik. Qoy onlar əllərində olan bütün daşları atsınlar. Biz isə öz qərarımızı sonra verəcəyik”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb