Ərdoğan: "Moskvanın mövqeyi diplomatiyadan kənardır"

09:12 | 02.12.2015
Ərdoğan:

Ərdoğan: "Moskvanın mövqeyi diplomatiyadan kənardır"

"Dünya liderləri Rusiyanın Türkiyə ilə bağlı iftiralarına inanmır. Təəssüf ki, Moskova "qara propaqanda" üslübundan əl çəkmir".
 
"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Paristən Qətərə səfər edərkən jurnalistlərə deyib.

O, bir daha bəyan edib ki, əyər Türkiyə tərəfi ölkənin hava məkanını pozan hərbi təyyarənin məhz Rusiyaya məxsus olduğunu bilsəydi "xəbərdarlıq daha uzun müddətli ola bilərdi".

"Mənşəyi məlum olmayan bir təyyarə ilə bağlı addımlarımız tamamilə qanunidir. Moskvanın mövqeyi isə diplomatiyadan kənardir. Türkiyə öz səviyyəsini qoruyur və Rusiyadan da eyni mövqe gözləyir", - deyə Ərdoğan vurğulayıb.

Rusiya prezidenti Vladimir Putinin Ərdoğan`ın oğlu ilə bağlı iddialarını "yalan və iftira" adlandıran Türkiyə prezidenti, İran mediyasında da vaxtı ilə həqiqətdən uzaq fikirlər səsləndiyini xatırladıb. "O vaxt mən Ruhaniyə zəng etdim və müsəlmana iftira atmanın yaraşmadığını dedim. İndi də Rusiya eyni üslubu seçib", - deyə Ərdoğan bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb