Ərdoğan: Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək

18:00 | 03.07.2017
Ərdoğan: Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək

Ərdoğan: Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək

Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək.

anews.az Report-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kınalıada” sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib.

"2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşıyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil”, -  Türkiyə prezidenti vurğulayıb.

"Kınalıada” hərbi gəmisinin tikintisinə "MİLGEM” layihəsi çərçivəsində başlanılıb. "MİLGEM” proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən "Heybeliada” gəmisi ilə başlanılıb.

"Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var”, - R.T.Ərdoğan bildirib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb