Ərdoğan və Anar Alişanın toyunda – VIDEO

10:35 | 07.05.2018
Ərdoğan və Anar Alişanın toyunda – VIDEO

Ərdoğan və Anar Alişanın toyunda – VIDEO

Müğənni Alişan və aktrisa Buse Varolun toy mərasimində bir çox maraqlı məqam yaşanıb.

Kult.az xəbər verir ki, Alişan və Buse cütlüyünün nikah şahidliyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Daxili İşlər naziri Süleyman Soylu edib. Bununla da Alişan 2016-cı ildə Ərdoğana evlənməklə bağlı verdiyi sözü yerinə yetirib.

Bir çox tanınmış simanın qonaq qismində iştirak etdiyi toy mərasimində həmçinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da qatılıb.

Nikah mərasimi zamanı müğənni Alişanın Ərdoğandan "hə” demək üçün icazə istəməsi salondakıların gülüşünə səbəb olub. Ərdoğan cütlüyə xoşbəxtlik arzu etdikdən sonra nikah haqqında şəhadətnaməni Buse Varola təqdim edib.

Ölkə başçısı gənc cütlüyə övlad sahibi olmalarını tövsiyə edib:

"Mənim həmişə bir nəsihətim olub. Bir olar - qərib olar, iki olar - rəqib olar, üç olar - tarazlıq olar, dörd olar - bərəkət olar, gerisi Allah kərimdir. Güclü millətlər güclü ailələrdən formalaşır”.

Ərdoğanın bu sözləri alqışlarla müşayiət olunub.

Toyda Alişan və Buse Varola qonaqların hədiyyə etdiyi qızıllar cütlüyə çətin anlar yaşadıb. Cütlük taxılan zinət əşyaların ağırlığından rahat hərəkət etməkdə zorlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti