Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komandası ilə Suriyaya səfər edəcəyi gözlənilir. Bu barədə Hürrüyyət nəşri yazıb.
Səfərin vaxtı barəsində məlumat verilməyib.
"Suriyada keçid hökuməti sürətlə qurulacaq. Prezident Ərdoğan sərmayələrə cavabdeh nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək", - nəşr bildirib.
Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və ona hər cür dəstəyi verəcək. O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərindən sonra Türkiyədən Suriyaya səfərlərin sayı artacaq.
Noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar Hələb, Həma, Dəra və Homsu ələ keçirdilər, dekabrın 8-də isə Suriya hökumət qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş Dəməşqə daxil oldular. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib əyalətində müxalifətin yaratdığı qondarma Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !