Ərdoğanın reklamına qadağa qoyuldu

12:06 | 06.08.2014
Ərdoğanın reklamına qadağa qoyuldu

Ərdoğanın reklamına qadağa qoyuldu

Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkiləri ilə bağlı reklam çarxını qadağan edib.

Bu barədə Trend çərşənbə günü "Haber7" telekanalına istinadən xəbər yayıb.Telekanalın məlumatına görə, qadağaya səbəb reklam çarxında azandan və digər dini atributlardan istifadə olub.O da bildirilir ki, MSK bunu dini hisslərin istismarı kimi qiymətləndirir.Telekanalın məlumatına görə, Türkiyənin hakim partiyası MSK-nin qərarını sərt tənqid edib.Bir müddət əvvəl Türkiyə MSK-sı hakim partiyanın ölkədə martın 30-da keçirilən bələdiyyə seçkilərində də reklam çarxını qadağan etmişdi.Qadağaya səbəb Türkiyə bayrağından hakim partiyanın reklamı kimi istifadə edilməsi olmuşdu.Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb