Ərəb şeyxləri “mərmər” avtomobillər sürməyə başlayıb – FOTOLAR

22:46 | 06.08.2019
Ərəb şeyxləri “mərmər” avtomobillər sürməyə başlayıb – FOTOLAR

Ərəb şeyxləri “mərmər” avtomobillər sürməyə başlayıb – FOTOLAR

London küçələrində Dubay nömrəli iki superavtomobil gözə dəyir. "Ferrari 812 Superfast” və "Bentley Bentayga”ya "mərmər” üzlük vurulub.
Bizimyol.info xəbər verir ki, ərəb şeyxləri avtomobil dünyasına yeni trend gətirib. Onlar Avropada "mərmər” avtomobillərdə gəzirlər.

Hər şey çox sadədir. Sadəcə, avtomobillərin üzlükləri mərməri xatırladır. Beləcə, London küçələrində xüsusi diqqət çəkmək alınır.
Yeni dizaynı hamı bəyənmir. Sosial şəbəkələrdə ərəb şeyxlərini tənqid edənlər çoxdur. Mərməri xatırladan üzlükləri oteldəki vanna otaqlarına bənzədənlər tapılıb.

Sosial şəbəkələrdə belə üzlüklə "Lamborghini Urus” və "Bugatti Chiron” da peyda olub. Şəbəkə istifadəçiləri "mərmər”in bu avtomobillərə daha çox yaraşdığını düşünür.
Yeni üzlüklərin üstünlüyü ondadır ki, cızılma ehtimalını yox edir. Həm də avtomobilin dizaynını tez-tez dəyişmək imkanı verir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM